Qrip virusunun prevensiyası üçün məktəblərdə dezinfeksiya işləri aparılır
Qrip virusunun prevensiyası üçün məktəblərdə dezinfeksiya işləri aparılır

İctimai məktəblərdə qrip virusunun prevensiyası üçün dezinfeksiya işləri aparılır.

Məktəb direktorlarının dediyinə görə, tədris prosesinin başlamasına qədər Təhsil Nazirliyi tərəfindən verilən rekomendasiyalar həyata keçiriləcək.

“Qrip virusunun prevensiyası məqsədi ilə, Təhsil Nazirliyi tərəfindən məktəblərin dezinfeksiyası ilə bağlı müəyyən rekomendasiyalar verildi və hazırda onları həyata keçiririk. Bütün məktəb inventarı dezinfeksiya edilir. Dezinfeksiya işlər tədris prosesi başlayandan sonra da davam edəcək” – dedi 64-cü məktəbin direktoru Tamar Mamsikaşvili.

Onun dediyinə görə, prevensiya tədbirlərinə məktəb həkimi də fəal şəkildə qoşulub.

İctimai məktəblərdə təhsil prosesi yanvarın 21-dən başlayacaq.