Qriqol Qeqeliya - Kristian Danielson çox təcrübəli diplomatdır, onun gəlişini alqışlayrıq
Qriqol Qeqeliya - Kristian Danielson çox təcrübəli diplomatdır, onun gəlişini alqışlayrıq

Avropa İttifaqının cəhdləri məlumdur, bu böhran vaxtında və demokratik yolu ilə həll olunmalıdır. Onlar artıq prezident Mişelin adı ilə bu böhranın həll olunması üçün çox önəmli insanı göndərirlər, – bu barədə “Lelo” partiyasının üzvü, Qriqol Qeqeliya bəyan etdi.

“Danielson çox alqışlanası şəxsiyyətdir. Biz ümidli əhval-ruhiyyəsindəyik, çünki o, çox təcrübəli diplomat, ictimai xadimdir. Onun Gürcüstanın dostluğu və gürcü maraqlarının dünya siyasi arenasında yardımında təsdiq olunmuş rekordu var. Biz hesab edirik ki, o, yenə də öz ənənəvi, mühüm rolunu davam etdirəcək. Onun Gürcüstana gəlməsini alqışlayırıq”, – Qoqeliya bəyan etdi.

Avropa Şurasının prezidenti, Şarl Mişel Gürcüstana şəxsi nümayəndəsini göndərir ki, hansı da Avropa İttifaqı tərəfindən dəstəklənən siyasi dialoqa qoşulacaq. Bu barədə Avropa Şurası tərəfindən yayılan məlumatda deyilir.

Kristian Danielsona Avropa Şurasının prezidenti, Şarl Mişel şəxsi nümayəndəsi statusunu Avropa ali komissarı, Cozef Borel ilə razılaşdıraraq verdi.

Şərh yaz