Qorinin meri - Çox böyük bir yanğındır, əsas odur ki, söndürə bilək, zərəri isə, sonra hesablayarıq
Qorinin meri - Çox böyük bir yanğındır, əsas odur ki, söndürə bilək, zərəri isə, sonra hesablayarıq

Qori şəhərinin meri Konstantine Tavzaraşvilinin bəyanatına görə, hal-hazırda yanğın içində qalan bazar son günlərdə, pandemiyaya görə, işləmirdi və yanğının məhz indi baş verməsinin səbəbi məlum deyil.

Merin dediyinə görə, nə qədər ərazinin yandığı bu vaxt üçün dəqiq bilinmir.

“Bazarların işləmədiyini bilirsiniz. Son günlərdə bu bazar bağlı idi. Yanğının nə qədər böyük olduğunu görürsünüz. Əsas odur ki, söndürə bilək, zərəri isə, sonra hesablayarıq” – dedi Qorinin meri Konstantine Tavzaraşvili.

Xatırladaq ki, bir neçə saat öncə, Qoridə, “Tsminda Tskali” qəsəbəsində yanğın baş verdi.