Qoridə geyim və mebel bazarında baş verən yanğının likvidasiya işləri davam edir
Qoridə geyim və mebel bazarında baş verən yanğının likvidasiya işləri davam edir

Qoridə, Tsmindatskali qəsəbəsində, geyim və mebel bazarında baş verən yanğının likvidasiyası ilə bağlı işlə davam edir.

Şida-Kartli qubernatoru vəzifəsinin icraçısı Simon Quledaninin məlumatına görə, yanğının açıq ocaqları artıq lokalizasiya edilib.

“Gördüyünüz kimi açıq ocaqları söndürdük və yanğının lokalizasiya işləri davam edir. Hadisə yerində 40 yanğın söndürən işləyir. Yanğının baş verməsinin səbəbinin nə olduğunu hələ bilmirik” – dedi Simon Quledani.