Qoridə, geyim bazarında yanğın baş verdi (Video)

Qoridə “Tsminda Tskali” qəsəbəsində yanğın baş verib.

Fövqəladə hallar xidmətinin məlumatına görə, yanğın geyim bazarında baş verib.

Yanğın söndürmə prosesində 12 yanğın söndürən qrup iştirak edir.

Zərər görənlərlə bağlı məlumat bu vaxt üçün yayılmayıb.