Qoridə baş verən avtoqəza nəticəsində iki nəfər həlak oldu
Qoridə baş verən avtoqəza nəticəsində iki nəfər həlak oldu

Mərkəzi magistralın Qori hissəsində avtoqəza baş verdi.

“Nisan” markalı avtomobil Traylerlə toqquşdu.

Qəza nəticəsində, iki nəfər hadisə yerində həlak oldu. İki nəfər isə, ağır yaralandı və xəstaxanaya aparıldı.

Onlardan biri “Qormedo” xəstəxanasındadır, digəri isə, hərbi hospitala yerləşdirilib.