Qordon Ramz - sevinirəm ki, "Materşef" dadlı xinkalinin vətəninə, Gürcüstana qayıtdı (video)

Dünyada tanınmış “Masterşef” kulinar şousunun aparıcısı, Qordon Ramz şoun gürcü iştirakçılarına və pərəstişkarlarına müraciət edir.

Onun videomüraciəti “feysbuk” sosial şəbəkəsində yayıldı.

“Sevinirəm ki, “Materşef” dadlı “xinkalinin” (gürcü xəngəli) vətəninə, Gürcüstana qayıtdı. Sizə uğurlar arzulayıram və nəticələri səbirsizliklə gözləyirəm!”, – Qordon Ramz videomüraciətində deyir.

Dünyada tanınmış “Masterşef” kulinar şousunun analoqu Gürcüstandabu il ilk dəfə Gürcüstanın Birinci Kanalında başladı.

“Masterşefin” ilk mövsümünün qalibi İya Dzaqaniya oldu.