"Gone With the Wind" filmi Amazon reytinqlərində liderdir
"Gone With the Wind" filmi Amazon reytinqlərində liderdir

Bədii film “Gone With the Wind” (Küləklə sovrulanlarAmazon reytinqlərində liderlik edir.

Film Amazon reytinqlərində lider pozisiyasını HBO tərəfindən, “etnik və irqçilik ön mühakimələrə görə”, kataloqdan çıxarıldıqdan sonra tutdu.

Filmə qarşı maraq məhz onun kataloqdan çıxardılmasından sonra artdı və film sadəcə Amazonda liderliklə qalmadı və “Apple itunes”-un beşliyinə də düşdü.

HBO Max filmi öz videotekasından bir neçə gün öncə, ABŞ-da rasizmə qarşı keçirilən etiraz aksiyaları fonunda çıxartdı.

1939-cu ildə çəkilən film HBO platformundan müvəqqəti olaraq, qaldırıldı.

HBO-nun bəyanatında deyilir ki, “qeyd olunan film keçmişin produktudur, etnik və irqçi ön mühakimələri əks etdidir və bu o vaxt da yanlış idi, indi də yanlışdır”.

HBO bəyan edir ki, filmi hərhansı bir açıqlamasız platformada saxlamaq məsuliyyətsizlik olardı.

Şirkətin məlumatına görə, gələcəkdə filmə tarixi konteksti ilə bağlı məlumat əlavə ediləcək və kataloqa geri qaytarılacaq.

“Küləklə sovrulanlar” filmində ABŞ vətəndaş müharibəsi dövrü (1861-1865) əks olunur və quldarlığın romantizasiyası üçün film tez-tez tənqid edilirdi.