Qomboridə xəsarət alan üç yeniyetmə İyaşvili Klinikasına yerləşdirilib
Qomboridə xəsarət alan üç yeniyetmə İyaşvili Klinikasına yerləşdirilib

Qomboridə xəsarət alan üç həddi büluğa çatmayan Tbilisidə, İyaşvili Klinikasına yerləşdirilib. Onları Telavi Referal Xəstəxanasından Tbilisiyə dünən gətirdilər. Xəstəxanadan bildirildiyinə görə, xəsarət alanlardan biri reanimasiya şöbəsində yerləşir.

Telavi Referal Xəstəxanasında səkkiz pasient qalmaqdadır. Birinci Kanala xəstəxananın direktoru, Xatuna Çonişvilinin verdiyi məlumata görə, dünən əməliyyat edilən qız xəstəxanada qalmaqdadır. Onun sağlamlıq durumu sabitdir.

Elə onun məlumatına görə, yeddi pasienti Telavi Referal Xəstəxanasından güman edildiyinə görə, bu gün evə buraxacaqlar.

Qomboridə dünən baş verən yol qəzası nəticəsində dörd nəfər həlak oldu və 21 nəfər xəsarət aldı. Həlak olanlar arasında biri həddi büluğa çatmayandır.

İstintaqın ilk versiyasına görə, Qomboridə marşrut taksisi sürücüsü idarəni itirərək yoldan çıxdı və dərəyə aşdı. Mikroavtobusda ekskursiyaya gedən uşaqlar, pedaqoqlar və valideynlər var idilər.

Mikroavtobus sürücüsü yaxalanıb. Baş verənlər üzrə istintaq GCM-nin 276-cı maddəsinin 7-ci maddəsi ilə aparılır.