Qoka Qabaşvili "Avropa Gürcüstanını" tərk etdi - Siyasi fəaliyyətə partiyasız davam edəcəm
Qoka Qabaşvili "Avropa Gürcüstanını" tərk etdi - Siyasi fəaliyyətə partiyasız davam edəcəm

“Avropa Gürcüstanını” Qoka Qabaşvili də tərk etdi.

Bu barədə bəyanatı Qabaşvili sosiyal şəbəkədən yaydı.

Qabaşvili bəyan edir ki, siyasi fəaliyyətini partiyasız davam etdirəcək.

“Partiyada bir çox dostum qaldı və onlara ürəkdən müvəffəqiyyətlər arzulayıram” – dedi Qoka Qabaşvili.

Xatırladaq ki, Giqa Bokeria ilə fikir ayrılığına görə, “Avropa Gürcüstanı” partiyasını Davit Bakradze, Gigi Uqulava və  Giorgi Tarqamadze tərk etdilər.