Giya Volski - opponetlərimizdə dalan vəziyyəti yarandı, görünür gözləmirdilər ki, seçki məntəqələrinin yenidən hesablanması baş verəcək
Giya Volski - opponetlərimizdə dalan vəziyyəti yarandı, görünür gözləmirdilər ki, seçki məntəqələrinin yenidən hesablanması baş verəcək

Opponetlərimizdə dalan vəziyyəti yarandı, görünür gözləmirdilər ki, seçki məntəqələrinin yenidən hesablanması baş verəcək, – Parlament sədrinin birinci müavini, Giya Volski müxalifət nümayəndələrinin yekunlaşdırıcı protokollarla imza atmaqdan imtina etmələrini bu cür dəyərləndirdi.

Elə onun dediyinə görə, müxalifətə qalan yegan yol, destruksiya və razılığa nail olma perspektivinin pozulmasıdır.

“Opponetlərimizdə dalan vəziyyəti yarandı, görünür gözləmirdilər ki, seçki məntəqələrinin yenidən hesablanması baş verəcək. Həmçinin gözləmirdilər ki, səlahiyyətli beynəlxalq təşkilatlar Parlament seçkilərini müsbət dəyərləndirəcəklər. Bundan irəli gələrək, onlar üçün qalan yegan yol, destruksiya və razılığa nail olma perspektivinin pozulmasıdır. Bu Gürcüstanda qarşı üsyandır və istər komissiya üzvləri olsunlar, istərsə siyasətçilər, ölkə qarşısında öz məsuliyyətləri barəsində düşünməlidirlər”, – Volski bəyan etdi.