"Qirçi" yeni "Şmaksi" kampaniyasını yaratdı
"Qirçi" yeni "Şmaksi" kampaniyasını yaratdı

“Qirçi” siyasi partiyası yeni “Şmaksi” kampaniyasını yaratdı. Partiyada bəyan etdiklərinə görə, “Şmaksi” taksilərə requlasiyalara cavab olaraq yaradıldı.

“Şmaksinin” təqdimatı Sisamuridə keçirildi. Zurab Caparidzenin açıqlamasına görə, “Şmaksidə” müəllimlər üzv olacaqlar. Onlar öz avtomobilləri ilə hərəkət edəcəklər və arzusunda olanları bir yerdən o biri yerə aparacaqlar, eyni zamanda “Qirçinin” ideaları ilə tanış edəcəklər. Ödəniş isə, əldə olunan məlumata əsasən ölçləcək.

Sisasmuridən gələn “Şmaksililəri” patrul polisi Tbilisi həndəvərində dayandırdı. Lakin onları cərimələməyiblər. Zura Caparidzenin dediyinə görə, onlar patrul polisi işçilərinə rəsmi qeydiyyat arayışını təqdim etdilər və açıqladılar ki, bu maarifləndirici layihədir.

Zura Caparidzenin dediyinə görə, bu mərhələdə 20-ə qədər “Şmaksi” hərəkət edir.