Giorgi Vaşadze - ümid edirəm, baş nazir mənimlə üzbəüz debatlarda oturmaqdan qorxmayacaq
Giorgi Vaşadze - ümid edirəm, baş nazir mənimlə üzbəüz debatlarda oturmaqdan qorxmayacaq

Ümid edirəm, baş nazir mənimlə üzbəüz debatlarda oturmaqdan qorxmayacaq, – bu barədə “Strategiya Ağmaşenebeli”-nin lideri, Giorgi Vaşadze bəyan etdi.

“Aşkar olundu ki, “Strategiya Ağmaşenebeli” və “Gürcü Arzusu” arasında televiziya debatları keçiriləcək. Ümid edirəm, baş nazir mənimlə üzbəüz debatlarda oturmaqdan qorxmayacaq və imkanımız olacaq ki, ölkənin gələcəyi barəsində söhbət edək”, – Vaşadze bəyan etdi.

Gürcüstanın Birinci Kanalı püşkatma keçirdi və ona da əsasən, “Debatlar 2020”-nin iştirakçı partiyaların ardıcıllığı və hər bir verilişdə partiyaların tərkibi müəyyənləşdirildi.

Şərh yaz