Giorgi Vaşadze - Mən baş nazir olanda, müxalifətçi həmkarlarım ilə bərabər bütün vədlərimi yerinə yetirəcəm
Giorgi Vaşadze - Mən baş nazir olanda, müxalifətçi həmkarlarım ilə bərabər bütün vədlərimi yerinə yetirəcəm

Mən baş nazir olanda, müxalifətçi həmkarlarım ilə bərabər bütün vədlərimi yerinə yetirəcəm, – bu barədə bəyanatı “Ağmaşenebeli strategiyası”-nın lideri Giorgi Vaşadze bir neçə partiya tərəfindən ədliyyə məsələləri ilə bağlı razılaşmayı imzaladıqdan sonra verdi.

Vaşadzenin dediyinə görə, qeyd olunan razılaşma 2020-ci ilin parlament seçkilərində “Gürcü Arzusunun”  məğlubiyyətindən sonra, ədliyyə sisteminin etibarlılığıının artırılması üçün bir neçə islahatın həyata keçirilməsini nəzədə tutur.

“Gürcüstanda kriminal artıb. Prokurorluq sadəcə siyasi məsələlərlə maraqlanır. Bundan irəli gələrək, bu sənəd onun fundamentidir ki, Gürcüstanda depolitik, insana orientləşdirilmiş ədliyyə sistemi olacaq. Bu sənəd vətəndaşı təhlükəsiz hiss etdirəcək və ədliyyə sistemini siyasi təzyiqdən azad edəcək. Mən baş nazir olacağım andan, söz verirəm ki, müxalifətçi həmkarlarım ilə bərabər bütün vədlərimi yerinə yetirəcəm” – dedi Giorgi Vaşadze.