Giorgi Saxokiya Quriya qubernatoru vəzifəsində azad edilib
Giorgi Saxokiya Quriya qubernatoru vəzifəsində azad edilib

Giorgi Saxokiya Quriya qubernatoru vəzifəsində azad edilib.

Məlumatı Gürcüstanın Birinci Kanalına Quriyada Dövlət Müvəkkilinin admnistrasiyasının ictimaiyyətlə əlaqələr aparatında təsdiq etdilər. Elə onların məlumatına görə, Saxokiyanın vəzifəsini tərk etməsi başqa vəzifəyə keçəsi ilə bağlıdır. Bu barədə ictimaiyyət üçün bazar ertəsi məlum olacaq.

Giorgi Saxokiya Quriya qubernatıru vəzifəsinə Giorgi Qaxariyanın baş nazirliyi dövrü, 2021-ci il 9 fevralda təyin edildi. Ona qədər hökumət adminstrasiyasının rəhbəri müavini idi. 2014-cü ildən Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışırdı – o cümlədən administrasiya rəhbəri, administrasiya rəhbəri müavini idi. 2013-2014-cü illərdə Gürcüstan Ədliyyə Nazirliyinin servislərin inkişafı agentliyində daxili aidit xidmətinə rəhbərlik edirdi. Özəl bölmədə, həmçinin bir neçə beynəlxalq layihədə, o cümlədən rəhbər vəzifədə iş təcrübəsi var.