Giorgi Qaxariyanın rəhbərliyi ilə sərmayədarlar şurasının 11-ci iclası keçirilir
Giorgi Qaxariyanın rəhbərliyi ilə sərmayədarlar şurasının 11-ci iclası keçirilir

Baş nazir, Giorgi Qaxariyanın rəhbərliyi ilə, hökumət administrasiyasında sərmayədarlar şurasının 11-ci iclası keçirilir.

Hökumət administrasiyası mətbuat xidmətinin məlumatına görə, sərmayədarlar şurasının iclasında əsas müzakirə mövzusu Gürcüstanın sərmayə cəlbediciliyinin artırılması, özəl bölməyə daha artıq imkanların yaradılması perspektivləri, qiymətli kağızlar bazarının inkişafı və biznes bölməsi üçün başqa önəmli məsələlərdir.

Sıra ilə 11-ci iclasda Gürcüstan nazirlər kabinetinin üzvləri, Gürcüstanda Böyük Britaniya səfiri Castin Makenzi Smit, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz bölgə direktoru Katerina Biorlin Hansen, Almaniya Biznes-Assosiayasiyasının qəyyumlar şurasının sədri Saşa Ternes, Gürcüstan Bizsnesombudsmeni, yerli və xarici biznes təşkilatlarının nümayəndələri iştirak edirlər.