Giorgi Qaxariyanın dəvəti ilə, yazda Gürcüstana Rəcəb Tayyib Ərdoğan gələcək
Giorgi Qaxariyanın dəvəti ilə, yazda Gürcüstana Rəcəb Tayyib Ərdoğan gələcək

Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın dəvəti ilə, yazda Tbilisiyə Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan gələcək. Bu barədə prezident Ərdoğan Gürcüstan hökumət başçısı ilə görüşdən sonra, birgə brifinqdə bəyan etdi.

Türkiyə Respublikası başçısı Giorgi Qaxariyaya səfərə görə təşəkkürünü bildirdi bə baş nazir vəzifəsinə təyin edilməsi münasibətilə bir daha təbrik etdi.

Türkiyə Respublikası prezidenti qeyd etdi ki, Gürcüstanın baş naziri ilə həmçinin təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq və gürcü və türk hərbiçilərinin müntəzəm olaraq iştirak etdiyi birgə təlimlər müzakirə edildi.

“Gürcüstanın müstəqilliyi, siyasi sabitliyi və ərazi bütövlüyü bizim üçün çox əhəmiyyətlidir. Bizim silahlı qüvvələrimiz arasında Türkiyə və Gürcüstanda birgə təlimləri bu il də davam etdirdik.

Cənəb baş nazirə və əziz nümayəndə heyətinə səfər üçün minnətdarlığımı bildirirəm. Strateji partnyorluq şurası iclasından sonra, hazıram sizin Gürcüstana səfərim barəsində dəvətinizi qəbul edəm”, – Rəcəb Tayyib Ərdoğan bəyan etdi.