Giorgi Qaxariya vaksinasiya fəaliyyəti planı barəsində növbəti işçi görüş keçirdi
Giorgi Qaxariya vaksinasiya fəaliyyəti planı barəsində növbəti işçi görüş keçirdi

Vaksinasiya fəaliyyəti planı üzərində iş, praktiki olaraq başa çatdırılıb, – bu barədə məlumatı hökumətin mətbuat xidməti yayır.

Elə onların məlumatına görə, planın yekun detalları ilə bağlı baş nazir, Giorgi Qaxariyanın rəhbərliyi ilə hökumət administrasiyasında növbəti işçi görüş keçirildi.

“Görüşdə vaksin ilə əhalinin əhatə planı və vaksinasiyanın ilk növbədə həyata keçiriləcək hədəf qrupları barəsində məlumatı detallı şəkildə müzakirə etdilər. Plan həmçinin, vaksinasiya ilə bağlı logistik və əməliyyat məsələlərini əhatə edir.

Sənəd növbəti həftə idarələrarası koordinasiya şurası çərçivəsində müzakirə ediləcək.

Bununla yanaşı, Gürcüstana vaksinasiyanın daxil olunması istiqaməti ilə atılan addımlar barəsində söhbət etdilər. Bir daha qeyd olundu ki, intensiv işlər aparılır ki, ölkəyə vaksin olduqca tezliklə daxil edilsin. Bunun ən əsasə önşərti isə, Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyası və vaksinin beynəlxalq etirafıdır”, – hökumətin mətbuat xidmətinin məlumatında deyilir.