Giorgi Qaxariya Türkiyə səfiri, Fatma Ceren Yazqan ilə görüşdü
Giorgi Qaxariya Türkiyə səfiri, Fatma Ceren Yazqan ilə görüşdü

Gürcüstanın baş naziri, Giorgi Qaxariya Türkiyənin Gürcüstandakı səfiri, Fatma Ceren Yazqan ilə görüşdü. Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbət Gürcüstan və Türkiyə arasında strateji partnyorluğa, bölgədə son zamanlar inkişaf edən hadisələrə aid oldu.

“Pandemiyaya qarşı mübarizədə əməkdaşlıq və Türkiyə tərəfindən Gürcüstan göstərilən yardım xüsusilə qeyd olundu. Baş nazirin dəyərləndirməsinə görə, pandemiyanın dəf edilməsi birgə səylərlə mümkündür və bu prosesdə dostların və partnyorların dəstəyinin böyük əhəmiyyəti var.

Görüş zamanı siyasi və iqtisadi sahədə iki ölkə arasında mövcud əməkdaşlığa, təhlükəsizlik və sabitliyin vacibliyinə diqqət yetirildi. Hökumət başçısı və Türkiyə səfiri pandemiyaya görə təxirə salınan, Gürcüstan-Türkiyənin yüksək səviyyəli strateji əməkdaşlıq şurasının növbəti iclası barəsində söhbət etdilər.

Giorgi Qaxariya dipolomata iki ölkənin strateji partnyorluğunun inkişafında etdiyi şəxsi səylərinə görə təşəkkürünü bildirdi və qeyd etdi ki, Gürcüstan ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı Türkiyənin dəstəyini xüsusi ilə dəyərləndirir”, – Baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.

Şərh yaz