Giorgi Qaxariya - seçkilər Gürcüstanda konstitusiya müddətində keçiriləcək, təxirə salınmayacaq
Giorgi Qaxariya - seçkilər Gürcüstanda konstitusiya müddətində keçiriləcək, təxirə salınmayacaq

Seçkilər Gürcüstanda konstitusiya müddətində keçiriləcək, təxirə salınmayacaq, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya idarələrarası koordinasiya şurası iclasından sonra, hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

Onun dediyinə görə, siyasi prosesi və seçki gününü heçnə hədələmir və hədələyə bilməz.

“Seçkilərlə bağlı çox söhbət var idi. Dostlar, seçkilər Gürcüstanda konstitusiya müddətində keçiriləcək. Bir neçə səbəbə görə təxirə salınmayacaq. Hamımız yaxşı başa düşməliyik ki, seçki məntəqələri epidemioloji təhlükəsizlik baxımından elə hazırlanacaq ki, bəzi ticarət mərkəzinə və mağazaya daxil olmaq daha artıq təhlükəli olacaq nəinki seçki mənqətəqəsinə. Tam qaydaların müdafiəsi ilə. Buna görə, heç cür epidemioloji risk olmayacaq.

Biz sözsüz ki, hamımız görürük siyasi proses və siyasi seçki kampaniyası tamamilə açıq aparılır. Vətəndaşlar ilə birlikdə siyasətçilərdən yeganə tələb etdiyimiz qaydaları müdafiə etmək, maska gəzidirmək və sosial məsafəni müdafiə etməkdir. Bu ki, çətin deyil. Müvafiq olaraq, siyasi prosesi və seçki gününü heçnə hədələmir və hədələyə bilməz”, – Qaxariya bəyan etdi.