Giorgi Qaxariya Parlamentə fövqəladə vəziyyət barəsində hesabat təqdim edəcək
Giorgi Qaxariya Parlamentə fövqəladə vəziyyət barəsində hesabat təqdim edəcək

Baş nazir, Giorgi Qaxariya Parlamentə fövqəladə vəziyyət barəsində hesabat təqdim edəcək.

Hökumət başçısı qanunvericilik orqanına koronavirus ilə bağlı yaradılan idarələrarası koordinasiya şurasının üzvləri ilə birlikdə gedəcək.

Plenar iclas saat 12:00-da başlayacaq.

Yeni koronavirusa görə, Gürcüstanda fövqəladə vəziyyət 21 martda elan edildi. Bununla yanaşı, fövqəladə vəziyyət çərçivəsində 31 martdan komendant saatı bəyan edildi. Öncə fövqəladə vəziyyət 21 aprelə qədər elan edildi, lakin sonra bu müddət 22 maya qədər uzadıldı.

Gürcüstanda fövqəladə vəziyyət və komendant saatı 23 maydan ləğv olundu. lakin 15 iyula qədər müəyyən məhdudiyyətlər qüvvədə qalır.

Bu günə qədər qapalı müəssisələrdə maskanın gəzdirilməsi məcburidir. Həmçinin sosial məsafənin müdafiəsi qüvvədədir.

Avtomobillərdə üç nəfərlik məhdudiyyət aradan qaldırıldı. Taksi təqdirində bu məhdudiyyət qüvvədədir və taksi sürücüsü maska gəzdirməlidir.

70 yaşından yuxarı olan insanlar üçün evdən çıxmaq məhdudiyyəti də aradan qaldırıldı.

Ölkədə tibbi məhsulun eksportu məhdudiyyəti qüvvədə qalır.

Bu mərhələdə Tetrisğaro və Bolnisi munisipalitetinin iki kəndində – Muşevani və Qetada sərt karantin rejimi qalmaqdadır.

Mollar və bazarların fəaliyyəti məhdudlaşdırılıb.

Həmçinin bəzi dövlət servisi yenə də distansiyalı şəkildə həyata keçirilir.

10 insandan artıq fiziki şəxsin toplaşması məhdudiyyəti qüvvədə qalır.

Hökumət administrasiyasında açıqlayırlar ki, məhdudiyyətlərin qüvvədə olmasının maksimal müddəti 15 iyuldur.

Şərh yaz