Giorgi Qaxariya NATO-nun baş qərargahında Yens Stoltenberq ilə görüşdü
Giorgi Qaxariya NATO-nun baş qərargahında Yens Stoltenberq ilə görüşdü

Gürcüstanın NATO-ya inteqrasiyası prosesi və Qara Dəniz təhlükəsizliyi Gürcüstanın baş naziri, Giorgi Qaxariya və NATO-nun baş katibi, Yens Stoltenberq arasında keçirilən görüşdə əsas müzakirə mövzuları idi. Görüş bu gün Brüsseldə NATO-nun baş qərargahında keçirildi.

Gürcüstan hökuməti admnisitrasiyasının məlumatına görə, görüşdə qeyd olundu ki, son illərdə, NATO-Gürcüstan əlaqələri çox dinamik şəkildə inkişaf olunur, yüksək səviyyəli görüşlər və birgə təlimlərin uğurlu keçirilməsi isə, NATO tərəfindən Gürcüstanın Avroatlantilk strukturlarına inteqrasiyasına dəstəyini təsdiq edir.

Giorgi Qaxariya və Yens Stoltenberq qlobal pandemiya şəraitində, NATO-Gürcüstanın dinamik əməkdaşlığının və inteqrasiya prosesinin qorunub saxlanılması yollarını müzakirə etdilər.

Görüşdə söhbət zamanı Qara Dəniz təhlükəsizliyi əməkdaşlığının dərinləşdirilməsinin əhəmiyyətinə xüsusi diqqət yetirildi. Həmçinin tərəflər NATO-nun açıq qapılar siyasəti və Gürcüstanın Avroatlantik strukturlarına inteqrasiyası yolunda nail olduğu tərəqqisi barəsində söhbət etdilər. Bu baxımından konstitusiya dəyişiklikləri xüsusilə qeyd olundu. Qeyd edildi ki, 31 oktyabr Parlament seçkilərinin yüksək beynəlxalq standartlarına müvafiq olaraq keçirilməsi daha bir irəliyə doğru atılmış addım olacaq.

Gürcüstanın Avroatlantik təhlükəsizliyində Gürcüstasnın xüsusi rolu bir daha qeyd olundu. Hökumət başçısı Yens Stoltenberqə NATO-ya Gürcüstanın insteqrasiyası prosesinə dəstəyinə görə, təşəkkürünü bildirdi. Giorgi Qaxariya NATO-nun baş katibini Gürcüstana dəvət etdi.

Şərh yaz