Giorgi Qaxariya - məcburuq yavaş-yavaş iqtisadiyyatı açaq, hamımız başa düşməliyik ki, geri qayıtmaq arzumuz yoxdur
Giorgi Qaxariya - məcburuq yavaş-yavaş iqtisadiyyatı açaq, hamımız başa düşməliyik ki, geri qayıtmaq arzumuz yoxdur

Hamımız anlamalıyıq ki, virusu biz dəf etməmişik, ayrıca götürülmüş ölkələrdə virisun dəf edilməsi mümkün deyil, bu qlobal pandemiyadır, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya bəyan etdi.

Qaxariyanın qeyd etdiyinə görə, bu gün hökumətin qərarı ilə bir çox iqtisadi fəaliyyət açılır. İctimai nəqliyyatın işə başlamasından sonra açıq restoranlar, ticarət mərkəzləri, bütün növ barlar açıldı, faktdır ki, nəticədə şəhərlərdə vətəndaşların sayı artır və virusun yayılmasının daha artıq riski yaranır.

“Bu gün koronavirusun 11 yeni hal var, dünən 26, iki gün əvvəl doqquz hal var idi. Hamımız anlamalıyıq ki, virusu biz dəf etməmişik. Ayrıca götürülmüş ölkələrdə virisun dəf edilməsi mümkün deyil, bu qlobal pandemiyadır. Dünyada heç bir ölkə ayrıca götürülmüş virusu dəf edə bilməz. Qələbəni dünya birlikdə qeyd etməlidir. Məqsədimiz virusun yayılmasının effektli nəzarətidir. Son iki gün ərzində ölkəmizdə virusun yayılmasının iki yeni klasteri əmələ gəldi. Biri Tbilisidə, biri isə, Marneulidə Mereti kəndində. Qaydaların qorunması hər bir vətəndaşın məsuliyyətidir. Hər bir vətəndaşa müraciət etmək istəyirəm ki, maskanı gəzdirsinlər. Məcburuq yavaş-yavaş iqtisadiyyatı açaq. Hamımız başa düşməliyik ki, geri qayıtmaq arzusunda deyilik”, – Qaxariya bəyan etdi.

Şərh yaz