Giorgi Qaxariya, Maya Tskitişvili və Levan Davitaşvili Pankisi dərəsində aksiya iştirakçıları ilə, bağlı qapılar arxasında görüşürlər
Giorgi Qaxariya, Maya Tskitişvili və Levan Davitaşvili Pankisi dərəsində aksiya iştirakçıları ilə, bağlı qapılar arxasında görüşürlər

Daxili İşlər naziri, Giorgi Qaxariya Pankisi dərəsində aksiya iştirakçıları ilə, bağlı qapılar arxasında görüşür. Yerli sakinlərin birinin evində görüşdə, Maya Tskitişvili və Levan Davitaşvili iştirak edirlər.

Buna qədər Daxili İşlər naziri, Giorgi Qaxariya durum ilə hadisə yerində tanış oldu. Dİ nazirin dediyinə görə, xüsusi təyinatlı dəstə üzvlərinin cavab reaksiyası, əhali tərəfindən daşların atılmasından sonra baş verdi. Nazirin dediyinə görə, bu yolverilməzdir və reaksiya sərt olacaq.

Onun qeyd etdiyinə görə, qarşıdurma nəticəsində 15 hüquqmühafizəçi xəsarət aldı.

Yerli əhali Pankisi dərəsində SES-in tikintisi üzrə işləyən traktora maneçilik tərətməyə cəhd göstərdi. Aksiya iştirakçıları xüsusi təyinatlı dəstə üzvlərini daşqalaq etdilər. Hüquqmühafizəçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə etdi.