Giorgi Qaxariya İran Xarici İşlər naziri ilə görüşdə bölgədə mövcud durum və ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafını müzakirə etdi
Giorgi Qaxariya İran Xarici İşlər naziri ilə görüşdə bölgədə mövcud durum və ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafını müzakirə etdi

Gürcüstanın baş naziri, Giorgi Qaxariya İran İslam Respublikasının Xarici İşlər naziri, Məhəmməd Cavad Zərif ilə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbətin əsas mövzusu bölgədə mövcud durum, o cümlədən son zamanlar inkişaf edən hadisələr və bölgənin iqtisadi inkişafı, eləcə də bölgədə sabitliyin təmin olunması baxımından Gürcüstanın mühüm rolu idi.

Söhbət pandemiya baxımından hər iki ölkədə mövcud duruma və gələcək planlara aid oldu.

İran İslam Respublikasının Xarici İşlər naziri, Məhəmməd Cavad Zərif Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı dəstəyini bir daha ifadə etdi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan Xarici İşlər nazirinin müavini, Aleksandre Ğvtisiaşvili də iştirak edirdi.