Giorgi Qaxariya ilk xarici səfərlərini qonşu ölkələrinə edəcək
Giorgi Qaxariya ilk xarici səfərlərini qonşu ölkələrinə edəcək

Gürcüstanın baş naziri, Giorgi Qaxariya sabah Azərbaycan Respublikasına səfər edəcək.

Baş nazirin ilk xarici səfəri barəsində məlumatı hökumət administrasiyasının mətbuat xidməti yayır.

Mətbuat xidməti qeyd edir ki, Gürcüstanın baş nazirinin ilk rəsmi səfəri Gürcüstanın qonşu ölkələrinə olacaq.

Gələn həftə baş nazir Ermənistana səfər edəcək. Həmçinin ayın sonunda Giorgi Qaxariyanın Türkiyəyə səfəri planlaşdırılıb.