Giorgi Qaxariya  - Gürcüstan Vyanada baş verən dəhşətli terror aktını sərt şəkildə qınayır
Giorgi Qaxariya - Gürcüstan Vyanada baş verən dəhşətli terror aktını sərt şəkildə qınayır

Gürcüstanın baş naziri, Giorgi Qaxariya Vyanada həyata keçirilən terror hücumuna “tvitter” sosial şəbəkəsi vasitəsilə əks səda verir.

“Gürcüstan Vyanada baş verən dəhşətli terror aktını sərt şəkildə qınayır. Baş verən bu hücum nəticəsində ölənlərin ailələrinə, dostlarına başsağlığı veririk və xəsarət alanlara tezliklə sağalmalarını arzulayırıq.

Biz Avstriyalılar və və bütün dünyaya terrorzmlə mübarizədə həmrəyik”, – Gürcüstanın baş naziri, Giorgi Qaxariya yazır.

Vyanada hücum 2 noyabrda, yerli vaxtla saat 20:00 radələrində, ümumxalq karantinin başlamasına qədər bir neçə əvvəl baş verdi. Polisin məlumatına görə, silahlı şəxs altı müxtəlif yerdə atəş açdı, o cümlədən sinaqoqanın həndəvəri ərazisində. Üç insan qətlə yetirilib, 15 nəfər xəsarət alıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hücumçulardan biri qətlə yetirilib, birinin axtarışı aparılır. DİN əhalini evlərini tərk etməməyə, ictimai nəqliyyatdan istifadə etməməyə çağırır.