Giorgi Qaxariya - deputatın yeri Parlamentdədir, kim də bu məsuliyyəti başa düşmürsə, başqasınasa maniəçilik törətməməlidir
Giorgi Qaxariya - deputatın yeri Parlamentdədir, kim də bu məsuliyyəti başa düşmürsə, başqasınasa maniəçilik törətməməlidir

Bu gün müxalifət və hakim komanda arasında, mandatlardan başqa, dialoqun mövzusu bir çoxdur. Gürcüstan vətəndaşlarının bu gün konkret, hərgünlük problemləri var. Onlar qlobal iqtisadi böhrana görə, ailələrini saxlamaqda çətinlik çəkirlər, elementar olaraq, onların pandemiya səbəbindən sağlamlığının bir çox riski var, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya müxalifət tərəfindən mandatın ləğv olunması tələbi barəsində söhbət edərkən bəyan etdi.

Onun dediyinə görə, bu gün Gürcüstan vətəndaşı, öz mandatı çərçivəsində dedi ki, deputatın yeri Parlamentdədir.

“Seçilmiş deputatın yeri Parlamentdədir. Bu mandatı Gürcüstan vətəndaşı müəyyənləşdirdi və dedi ki, sizin yeriniz Parlamentdədir. Orada işləyin və mənim qayğıma qalın, olduğu problemlərimi həll edin. Kimsə bu məsuliyyəti başa düşür, kimsə başa düşmür. Kim də başa düşürsə, Parlamentdə işləyir, kim də bu məsuliyyəti başa düşmürsə, başqasınasa maniəçilik törətməməlidir. Mənim yekun cavabım odur ki, deputatın yeri Parlament və Parlamentin tirubunasıdır”, – Qaxariya bəyan etdi.