Giorgi Qaxariya Davosda İlham Əliyevlə görüşdü
Giorgi Qaxariya Davosda İlham Əliyevlə görüşdü

Gürcüstanın baş naziri, Giorgi Qaxariya Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti, İlham Əliyevlə görüşdü.

Hökumət administrasiyası mətbuat xidmətinin məlumatına görə, görüş zamanı söhbət Gürcüstan və Azərbaycan arasında strateji partnyorluq və iki ölkənin birgə həyata keçirdiyi bölgə əhəmiyyətli nəqliyyat-energetika layihələrinə, həmçinin ikitərəfli əlaqələrin gündəmində mövcud olan məsələlərə aid oldu.

“Qısa müddətdə Gürcüstan baş naziri və Azərbaycan Respublikası prezidenti, İlham Əliyevin daha bir görüşü ikitərəfli əlaqələrin  yüksək səviyyəli dinamikasına işarə edir. Gürcüstan baş naziri, Giorgi Qaxariya və prezodent İlham Əliyev razılaşdılar ki, intensiv əlaqələr onlar arasında gələcəkdə də davam etdiriləcək”, – hökumət administrasiyası mətbuat xidmətinin məlumatında deyilir.