Giorgi Qaxariya Co Baydenin prezident olmasını təbrik edir
Giorgi Qaxariya Co Baydenin prezident olmasını təbrik edir

Gürcüstanın baş naziri, Giorgi Qaxariya Co Baydeni ABŞ prezidenti olmasını təbrik edir.

Giorgi Qaxariyanın rəsmi “tvitter” səhifəsində qeyd etdiyinə görə, Gürcüstan əməkdaşlığın gücləndirilməsinin növbəti mərhələsini səbirsizliklə gözləyir.

“Co Baydeni Amerika Birləşmiş Ştatlarının 46-ci prezidenti olması münasibətilə təbrik edirəm. ABŞ-Gürcüstanın strateji partnyorluğunda sizin aparıcı rolunuza görə, minnətdarıq. Əməkdaşlığın gücləndirilməsinin növbəti mərhələsini və dünyada demokratiya və azadlığın müdafiəsini səbirsizliklə gözləyirik”, – Giorgi Qaxariya qeyd edir.

Co Bayden prezident andını içdi və ABŞ-ın rəsmi olaraq 46-cı prezidenti oldu.