Giorgi Qaxariya - bir daha əmin oluruq ki, epidemiyanın məğlub edilməsi barəsində söhbət erkəndir
Giorgi Qaxariya - bir daha əmin oluruq ki, epidemiyanın məğlub edilməsi barəsində söhbət erkəndir

Biz, bir daha əmin oluruq ki, epidemiyanın məğlub edilməsi barəsində söhbət, ən azından çox erkəndir, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya bəyan etdi.

Baş nazirin bəyan etdiyinə görə, Gürcüstanda bu gün koronavirusun səkkiz yeni halı qeydə alındı, buradan ikisinin ilkin mənbəsi naməlumdur.

“Bu gün ölkədə yoluxmanın səkkiz yeni halı qeydə alındı. Sanki çox deyil, bundan artıq da olub. Təəssüflər olsun ki, səkkiz haldan üçü tibb sahəsinin nümayəndəsidir, Boçorişvili Klinikasının əməkdaşlarıdırlar. Qeyd olunan səkkiz haldan ikisinin ilkin mənbəsi naməlumdur. Faktiki olaraq, bir daha əmin oluruq ki, epidemiyanın məğlub edilməsi barəsində söhbət, ən azından çox erkəndir”, – Qaxariya bəyan etdi.