Giorgi Qaxariya Avropa İttifaqının Gürcüstanda Monitorinq Missiyasının rəhbəri ilə görüşdü
Giorgi Qaxariya Avropa İttifaqının Gürcüstanda Monitorinq Missiyasının rəhbəri ilə görüşdü

Gürcüstanın işğal olumuş ərazilərində mövcud durum Gürcüstanın baş naziri, Giorgi Qaxariya və Avropa İttifaqının Gürcüstanda Monitorinq Missiyasının  (EUMM) rəhbəri, Erik Hoq arasında görüşün əsas mövzusu idi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı qeyd olundu ki, işğal olunmuş ərazilərdə son zamanlar inkişaf edən hadisələr təhlükəsizlik mühitini və insan hüquqlarını kobud şəkildə pozur.