Giorgi Qaxariya 2019-cu ilin ən yaxşı idmançıları ilə görüşdü
Giorgi Qaxariya 2019-cu ilin ən yaxşı idmançıları ilə görüşdü

Gürcüstanın baş naziri, Giorgi Qaxariya 2019-cu ilin ən yaxşı idmançı titulu sahibləri ilə görüşdü və qələbələrini şəxsən təbrik etdi.

Gürcüstan baş naziri mətbuat xidmətinin məlumatına görə, baş nazir Luxum Çxvimani, Laşa Talaxadze, Beka Lomtadze, Nuqzar Sursumiya və Laşa Qobadzeni onlar üçün təşkil edilmiş naharda qəbul etdi.

“Qeyd olunasıdır ki, gürcü tarixində ilk dəfə, 2019-cu ildə hər altı idmançı ölkəyə olimpia növündə dünya çempionu medalını gətirdi. Buna görə, Gürcüstan hökuməti presedentsiz qərar qəbul etdi və onların hamısını ən yaxşı gürcü idmançısı titulu ilə təltif etdi”, – Gürcüstan baş naziri mətbuat xidmətinin məlumatında deyilir.

Elə onların məlumatına görə, Giorgi Qaxariya çempionlara gürcü idmanının populyarlaşdırılmasına görə minnətdarlığını bildirdi və gələcək yarışlarda uğurlar arzuladı.