Giorgi Marqvelaşvili - Prezidentliyə bütün namizədlər ictimaiyyətə açıq şəkildə cavab verməlidirlər, iqtidara mı baş əyəcəklər, yoxsa azad mı olacaqlar
Giorgi Marqvelaşvili - Prezidentliyə bütün namizədlər ictimaiyyətə açıq şəkildə cavab verməlidirlər, iqtidara mı baş əyəcəklər, yoxsa azad mı olacaqlar

Prezidentliyə bütün namizədlər ictimaiyyətə açıq şəkildə cavab verməlidirlər, iqtidara mı baş əyəcəklər, yoxsa azad mı olacaqlar, – Bu barədə bəyanatı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili verdi.

Yeni prezidentin hansı sarayda işləyəcəyi barədə jurnalistlərin sualını cavablandırarkən Giorgi Marqvelaşvili bəyan etdi ki, bu məsələ seçki mövzusu olacaq.

“Daha öncə də dediyim kimi, bu seçki mövzusu olacaq. Mən düşünürəm ki, prezidentliyə bütün namizədlər ilk öncə ictimaiyyətə açıq şəkildə cavab verməlidirlər, azad mı olacaqlar, yoxsa iqtidara mı baş əyəcəklər” – dedi Marqvelaşvili.

Prezident ikinci müddətə prezidentliyə namizədliyini təqdim edib-etməyəcəyi barədə məlumatı hələ vermir.