Giorgi Marqvelaşvili - Giorgi Kvirikaşvilinin hansı arqumentlə getdiyi mənim üçün bugün də naməlumdur
Giorgi Marqvelaşvili - Giorgi Kvirikaşvilinin hansı arqumentlə getdiyi mənim üçün bugün də naməlumdur

Sabiq başnazir Giorgi Kvirikaşvilinin hansı arqumentlə getdiyi mənim üçün naməlumdur, belə təcili qərarın səbəbi nə idi hələdə bilmirəm, – bu bəyanatı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili verdi.

Giorgi Marqvelaşvilinin dediyinə görə, ictimaiyyətə bir açıqlama vermədən istefa vermək həm təhqirdir, həm də demokratik siyasi proseslərə ziddir.

“Bəlkə də müxalifət Giorgi Kvirikaşviliyi çox da bəyənmirdi, ancaq düşünür ki, belə vacib qərarların verildiyi zaman ictimaiyyətə də bir açıqlama verilməlidir.

Mənim cənab Giorgi ilə münasibətimin necə olduğunun bu yerdə əhəmiyyəti yoxdur. Əsas odur ki, Gürcüstan vətəndaşları ölkə başçılarının niyə təyin edilib, niyə istefa verdiyini bilməlidirlər” – dedi Gürcüstan prezidenti.