Giorgi Marqvelaşvili etiraz olaraq, parlament iclasını tərk etdi (Video)

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili etiraz edərək, parlament iclasını tərk etdi.

Prezidentin etirazının səbəbi parlamentin sədri ilə mübahisəsi oldu.

Giorgi Marqvelaşvili tələb edirdi ki, deputatlar çıxış edərkən, cavab vermək imkanı ona da verilsin.

İrakli Kobaxidze isə, bəyan etdi ki, bütün suallara cavabı iclasın sonundaki yekun çıxışında verə biləcək.

Xatırladaq ki, prezident bugün parlamentdə illik hesabatını təqdim etdi.