Giorgi Marqvelaşvili - bayraq onun rəmzidir ki, bizi sındıra bilməzlər
Giorgi Marqvelaşvili - bayraq onun rəmzidir ki, bizi sındıra bilməzlər

Bu gün bayrağı, bir neçə kilometrdə, ölkə və millət üçün bayrağın nəyi təmsil etdiyini təsvir edən yerdə ucaltdıq, – bu barədə Giorgi Marqvelaşvili, Qoridə Milli Müdafiə Akademiyasında dövlət bayrağının ucaldılması mərasimində nitqlə çıxış edərkən bəyan etdi.

“Bu gün biz ölkəmizin müqəddəsliyinin, ləyaqətinin rəmzi olan Gürcüstan milli bayraq gününü qeyd edirik. Bu gün bayrağı, bir neçə kilometrdə, ölkə və millət üçün bayrağın nəyi təmsil etdiyini təsvir edən yerdə ucaltdıq. 2008-ci ildə, sizin və bizim silahdaşımıza, onun ruhunu sındırmak üçün işgəncə verdilər. Giorgi Antsuxelidzeni sındıra bilmədilər. O, sonuna qədər gücünü, ölkəyə qarşı sevgisini qoruyub saxladı. O zaman işğalçı ərazimizi zəbt etdi. Lakin qalib gələ bilmədi, çünki gürcü əsgərini sındıra bilmədi. Ona qədər, Suxumudə milli qəhraman, Quram Qabeskiriyaya işgəncə verdilər. Lakin o, sınmadı. Mənim üçün bu iki hadisə, bayrağın nə olmasının rəmzidir. Bayraq abstrakt rəmz deyil. Bayraq onun rəmzidir ki, bizi sındıra bilməzlər”, – Giorgi marqvelaşvili bəyan etdi.

Qoridə, Milli Müdafiə Akademiyasında dövlət bayrağını yunkerlər ucaltdılar.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin təşəbbüsü ilə, Gürcüstanın dövlət bayrağı günü ilə əlaqədar, bu gün Gürcüstanın bir neçə bölgəsində bayrağın ucaldılması mərasimi keçiriləcək. Mərasimlərdə prezidentin özü də iştirak edəcək.

Gürcüstanın dövlət bayrağı gününün qeyd olunması saat 10:00-da Prezident Sarayından başladı.