Giorgi Marqvelaşvili 2018-ci ilin prezident seçkilərində iştirak etməyəcək
Giorgi Marqvelaşvili 2018-ci ilin prezident seçkilərində iştirak etməyəcək

Giorgi Marqvelaşvili 2018-ci ilin prezident seçkilərində iştirak etməyəcək.

Bu barədə bəyanatı Gürcüstan prezidenti bugün verdi.

“Mən bugünə qədər olduğu kimi, bundan sonra da Gürcüstana xidmət edəcəm. Mən heç bir zaman nə elitaya, nədə hərhansı bir qrupa xidmət etmədim. Prezident seçkilərində iştirak etməyi düşünmürəm. ölkəmə və ölkə vətəndaşlarıma başqa formada xidmət etməyə davam edəcəm” – dedi Giorgi Marqvelaşvili.

Giorgi Marqvelaşviliyi prezident vəzifəsinə 2013-cü ilin oktyabrın 27-də seçdilər. İndi isə, onun prezidentlik müddəti başa çatır.

Prezident seçkiləri cari ilin oktyabrın 28-də keçiriləcək.