Giorgi Marqvelaşvili - 2016-cı ilin seçkiləri siyasi sinifin məqsədyönlü yox edilməsi idi
Giorgi Marqvelaşvili - 2016-cı ilin seçkiləri siyasi sinifin məqsədyönlü yox edilməsi idi

2016-cı ilin seçkiləri siyasi sinifin məqsədyönlü yox edilməsi idi, – bu bəyanatı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili parlament qarşısında beşinci hesabatını təqdim edərkən verdi.

“Özünü idarəetmə orqanları ilə bağlı vəziyyətə baxaq, –  özünü idarəetmələri azalddıq və nəticədə, daha az özünü idarə edə bilən şəhərlər əldə etdik.

Prezident institusiyasına gəlincə isə, əhalinin mənfi reaksiyasına baxmayaraq, seçkiləri ləğv etdik.

On illərlə söz verilən parlament seçkiləri ilə bağlı islahatı 2024-cü ilə təxirə saldıq.

Bütün bunlar, – siyasi institutların zəyiflədiməsi, siyasətçilərə qarşı qoyulan mənfi addımlar, mənim fikrimcə, bütün ölkənin institusiya idarəsini zəyiflədə bilər.

Bu baxımdan, 2016-cı ildə baş verən hadisələrə nəzər salanda, siyasi sinifin məqsədyönlü yox edilməsi cəhdini görürəm.

Bütün bu dövr ərzində siyasi müxalifətin gücləndirilməsi üçün tək bir addım atılmayıb.

Bu məsələ ilə bağlı tək bir qanunlayihə belə yaradılmayıb” – dedi prezident.