Giorgi Maqrvelaşvili - dedim yaxşı olardı ki, Gürcüstanda alternativ siyasi qüvvə əmələ gələ, gözləmədilər və bazar ertəsində Qaxariyanı məzuniyyətdən çağırdılar
Giorgi Maqrvelaşvili - dedim yaxşı olardı ki, Gürcüstanda alternativ siyasi qüvvə əmələ gələ, gözləmədilər və bazar ertəsində Qaxariyanı məzuniyyətdən çağırdılar

Gürcüstanın keçmiş prezidenti, Giorgi Maqrvelaşvili kemiş baş nazir, Giorgi Qaxariyanın bəyanatına əks səda verir.

Marqvelaşvilinin dediyinə görə, Giorgi Qaxariyanın missiyası “Gürcü Arzusu” İkinin yaradılmasıdır.

“Dedim yaxşı olardı ki, Gürcüstanda güclü, alternativ siyasi qüvvə əmələ gələ. Gözləmədilər və bazar ertəsində Qaxariyanı məzuniyyətdən çağırdılar ki, bu missiyanı yerinə yetirsin. Missiyanı sanki “Gürcü Arzusu” İkini yaratsınlar. “Gürcü Arzusuna” təşəkkürlər ki, məni diqqətlə dinləyir və buradan verdiyimiz tapşırıqları yerinə yetirirlər. “Gürcü Arzusu” İkinin təsisçisi olacam ya yox, bunumu soruşursunuz? Xeyir…Olmayacam”, – Marqvelaşvili bəyan etdi.

Gürcüstanın keçmiş baş naziri, Giorgi Qaxariya, Tsavkisidə, öz evi yanında jurnalistlərə bəyan etdi ki, siyasətdən getməyi planlaşdırmır.

“Baxmayaraq ki, bir çox müxtəlif şayə gəzirdi, heç yerə getməyi planlaşdırmıram. Daha artıq, siyasətdən də getmirəm. Bu gün demək istədiklərim bu qədərdir. Hələlik, tezliklə görüşəcəyik”, – Qaxariya bəyan etdi.