Giorgi Kvirikaşvili - Tarixi ərazilərimizin işğalı böyük problemdir və konstruktiv yanaşma tələb edir
Giorgi Kvirikaşvili - Tarixi ərazilərimizin işğalı böyük problemdir və konstruktiv yanaşma tələb edir

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin bəyanatına görə, Rusiya ilə elə zonalar və areallar tapılmalıdır hansılar ki, gələcəkdə münaqişələrin siyasi tənzimlənməsinin müsbət müzakirəsinin əsası ola bilər. Bu ticarət, turizm, humanitar və mədəni əlaqələr sahəsi ola bilər.

Bu bəyanatı Gürcüstanın baş naziri Davosda keçirilən dünya iqtisadi forumunda verdi.

“Tarixi ərazilərimizin işğalı böyük problemdir və konstruktiv yanaşma tələb edir” – dedi baş nazir.

Bugün Rusiya bazarı Gürcüstan üçün açıqdır, ancaq bu Gürcüstan üçün yeganə dominant bazar deyil, çünki Gürcüstanın ixracı diversifikasiyalıdır. Həmçinin, müsbət faktdır ki, Rusiyadan Gürcüstana gələn turistlərin və ziyarətçilərin sayı hər il daha da artır və etnik səbəblə ərazimizdə kiçik münaqişə belə olmayıb. Bütün bunlar bəlkə də Rusiya ilə münasibətlərimizin tənzimlənməsi üçün müsbət faktorlardır. Ancaq, digər tərəfdən, Rusiya nəzərə almalıdır ki, Gürcüstan regiondaki “yeni reallığa” və işğal edilmiş ərazilərə qəbullanmayacaq” – dedi Giorgi Kvirikaşvili.

Onun dediyinə görə, Gürcüstan üçün Avropa və Avro-Atlantik inteqrasiyası strateji prioritetdir.