Giorgi Kvirikaşvili - Kaxa Kaladzenin merliyi Tbilisi üçün irəli doğru atılmış mühüm addım olacaq
Giorgi Kvirikaşvili - Kaxa Kaladzenin merliyi Tbilisi üçün irəli doğru atılmış mühüm addım olacaq
 Kaxa Kaladzenin merliyi Tbilisi üçün irəli doğru atılmış mühüm addım olacaq, -bu haqqda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili David Narmaniyanın yekunlaşdırıcı hesabatının təqdimatında bəyan etdi. Onun dediyinə görə, bu gün Narmaniya çox təsirli təqdimat keçirdi. 

“Mən ona minnətdarlığımı bildirmək və gələcək işində uğurlar arzu etmək istəyirəm. Əminəm ki, bu belə olacaq, həyat irəliyə doğru gedir və hamımız gözləyirik ki, Kaxa Kaladzenin merliyi Tbilisi üçün irəliyə doğru atılmış addım olacaq. Kaxanın uğuruna hamıdan çox David sevinəcək. Ona görə ki, o yaxşı insandır.

Sözsüz ki, Narmaniya komandada qalır və müxtəlif variantlar müzakirə olunur”, – Giorgi Kvirikaşvili bəyan etdi