Giorgi Kvirikaşvili, Jan Klod Yunker və İohannes Han Avropa İttifaqının stendində ürəklər çəkdilər [Foto/Video]

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Avrokomissiyanın prezidenti Jan Klod Yunker və Avropanın qonşuluq siyasəti və genişləndirilməsi haqqında danışıqlar məsələləri üzrə avrokomissar İohannes Han Avropa İttifaqının stendində yazılar qoydular.

Medya üçün verdikləri birgə bəyanatlardan sonra, Jan Klod Yunker Avropa İttifaqının stendində qırmızı ürək çəkdi, İohannes Hann mavi ürək, Giorgi Kvirikaşvili isə, – “Mən Avropa İttifaqını sevirəm” yazdı.

Avropa İttifaqının stendi Rustaveli prospektində, “Biltmor” mehmanxanasının qarşı tərəfində qoyulub.