Giorgi Kvirikaşvili İlham Əliyevlə görüşdü
Giorgi Kvirikaşvili İlham Əliyevlə görüşdü

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü.

Hökumət administrasiyası mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkələri arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışıldı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı ölkələr arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.