Giorgi Kvirikaşvili - hökumət hər şeyi edəcəkdir ki, Xorava küçəsində baş verən qətl dolğun şəkildə araşdırılsın (video)

Hökumət administrasiyasının mətbuat xidməti, baş nazir ilə David Dadunaşvilinin görüşü barəsində rəsmi məlumat yayır.

Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili Xorava küçəsində qətlə yetirilən yeniyetmənin, Levan Dadunaşvilinin atası ilə, vəkil və Xalq Müdafiəçisi ilə birlikdə görüşdü.

Görüşdə Dİ naziri Giorgi Qaxariya və Hökumət administrasiyası rəhbəri Şalva Tadumadze iştirak edirdilər.

Baş nazir David Dadunaşviliyə bir daha başsağlığıbverdi və qeyd etdi ki, hökumət hər şeyi edəcəkdir ki, Xorava küçəsində baş verən qətl dolğun şəkildə araşdırılsın və cinayətkarlar qanuna müvafiq olaraq cavb versinlər.