Giorgi Kvirikaşvili - Hamımız birlikdə sülh və barış yolu ilə abxaz və osetin qardaşlarımızın etibarını qazanacağıq və vahid Gürcüstanda yaşayacağıq
Giorgi Kvirikaşvili - Hamımız birlikdə sülh və barış yolu ilə abxaz və osetin qardaşlarımızın etibarını qazanacağıq və vahid Gürcüstanda yaşayacağıq

“İnanıram ki, 100 il bundan əvvəl qoyulan andı sonuna qədər yerinə yetirəcəyik və Gürcüstan güclü və demokratik bir dövlət olacaq.

Hamımız birlikdə sülh və barış yolu ilə abxaz və osetin qardaşlarımızın etibarını qazanacağıq və vahid Gürcüstanda yaşayacağıq.

Gürcüstanın burada yaşayan və xaricdə olan bütün vətəndaşlarının bu möhtəşəm bayramını təbrik edirəm”– bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili əsgərlərin and içməsindən sonra verdi.

Baş nazir qeyd etdi ki, Gürcüstanın iki regionunun işğal altında olduğu şərtlərdə, beynəlxalq dostluğun və partnyor ölkələrin dəstəyi çox önəmlidir.

“Bizə dəstək olan hər bir ölkəyə təşəkkür etmək istəyirəm, xüsusi ilə də əsas strateji partnyorumuz olan ABŞ-ın bizə verdiyi dəstəyinə görə, minnətdaram” – dedi baş nazir.