Giorgi Kvirikaşvili Davosda, Dünya İqtisadi Forumunda iştirak edəcək
Giorgi Kvirikaşvili Davosda, Dünya İqtisadi Forumunda iştirak edəcək

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda Dünya İqtisadi Forumda iştirak edəcək.

Ölkə başçısı İsveçrə Konfederasiyasına artıq yola düşdü.

Dünya İqtisadi Forum çərçivəsində, Gürcüstanın baş naziri Strategic Outlook – Eurasiadisskussiyasında nitqlə çıxış edəcək.

Davosda baş nazir, həmçinin, müxtəlif ölkə liderləri, Avropa İttifaqının rəhbər şəxsləri və dünya miqyaslı şirkətlərin təsisçiləri ilə görüşlər keçirəcək.

Giorgi Kvirikaşvili Davos forumunda Gürcüstanın nümayəndə heyyətinə artıq üçüncü dəfə rəhbərlik edir.

Giorgi Kvirikaşvilinin rəhbərlik etdiyi Gürcüstanın nümayəndə heyyətinin tərkibinə vitse-premyer, Xarici İşlər Naziri Mixeil Canelidze, Maliyyə Naziri Mamuka Baxtadze və “Həm-investisiya fondunun” icraçı direktoru Giorgi Baçiaşvili daxildirlər.

2000-ci ildən bəri, Bill Klintondan sonra, Davos Forumunda ABŞ prezidenti Donald Tramp da iştirak edəcək.

1997-ci ildən sonra forumda iştirak etməyən Hindistan prezidenti də bu il “ənənəyi pozaraq” Davosa gedəcək.

Yayılan məlumata görə, böyük yeddilik ölkələrindən Davosa sadəcə Yaponiya lideri getməyəcək.

Rusiya nümayəndə heyyətinə isə, Davosda vitse-premyer Arkadi Dvorovich rəhbərlik edəcək.

Şərh yaz