Giorgi Kvirikaşvili - Bizim nəsilin, iqtidarımızın əsas missiyası ölkəmizin birləşməsidir və bu missiyaya addım-addım, layiqi ilə yaxınlaşırıq
Giorgi Kvirikaşvili - Bizim nəsilin, iqtidarımızın əsas missiyası ölkəmizin birləşməsidir və bu missiyaya addım-addım, layiqi ilə yaxınlaşırıq

“1918-c ili 267 may aktında növbəti sözlər var – “Bundan sonra Gürcüstan xalqı suveren hüquq daşıyır və Gürcüstan tamamən azad və müstəqil bir dövlətdir” – Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasına bu sözlərlə başladı.

Baş nazirin dediyinə görə, sabah Gürcüstan, onun dövlətçiliyini bərpa edən ən böyük bayramını qeyd edir.

Giorgi Kvirikaşvili bütün Gürcüstanı əvvəlcədən Respublika günü ilə təbrik etdi.

Kvirikaşvilinin dediyinə görə, Gürcüstan bu möhtəşəm günü sadəcə ölkə miqyasında deyil, həmçinin, dünya miqyasında da qeyd edir.

Baş nazirin bəyanatına görə, qeyd olunan gün ilə və Şota Rustavelinin yubiley tədbirləri ilə bağlı poçt markası buraxılıb, hansının təqdimatı BMT ofisində keçirildi.

Baş nazir qeyd etdi ki, mayın 26-da andiçmə mərasimi eyni zamanda – Tbilisidə, Şindisidə, Vardziada, Batumidə, Gelatidə və Kocoridə keçiriləcək.

Həmin yerlərdən birbaşa canlı yayım həyata keçiriləcək.