Giorgi Kvirikaşvili ABŞ hökumətinə Gürcüstanı daimə dəstəklədiyinə görə, minnətdarlığını bildirir
Giorgi Kvirikaşvili ABŞ hökumətinə Gürcüstanı daimə dəstəklədiyinə görə, minnətdarlığını bildirir

Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili Amerika Birləşmiş Ştatları hökumətinə, Gürcüstanı daimə dəstəklədiyinə görə, minnətdarlığını bildirir.

Baş nazirin, Minilliyin Çağırış Fondunun qəyyumlar Şurasının bugünki iclasında bəyan etdiyinə görə, Amerikanın Gürcüstana qarşı dəstəyi Gürcüstan üçün 140 milyonluq arantın ayrılması ilə bir daha sübut olundu.

Giorgi Kvirikaşvilinin dəyərləndirməsinə görə, ABŞ hökumətini dəstəyinin Gürcüstana həqiqətən transformasional təsiri var.

“İkinci kompaktın həyata keçirlməsindən sonra, Gürcüstanın 1.7 milyon vətəndaşının həyatı keyfiyyətli təhsil səviyyəsinin və insan kapitalının inkişafı yolu ilə yaxşılaşacaq, bu çox əhəmiyyətlidir. Gürcüstan hökuməti ABŞ hökuməti ilə birinci və ikinci kompaktın nailiyyətlərinin sonrakı inkişafı baxımından, əməkdalıq imkanlarını alqışlayır. Minilliyin Çağırış Fondunun Korporosiyası ilə gələcək əməkdaşlıq haqqında mümkün üçüncü kompaktın komponentləri vasitəsi ilə danışıqlara başlanıb. Bu da, bizim fikirimzcə çox əhəmiyyətlidir. Mənim Amerikaya səfərim zamanı yüksək vəzifəli rəsmi şəxslərlə birinci və ikinci komponentlərin nailiyyətləri barəsində çox maraqlı diskussiyalaırım var idi”, – Kvirikaşvili bəyan etdi.

Giorgi Kvirikaşvilinin dediyinə görə, Gürcüstan hökuməti iqtisadi artıma maniəçilik törədən amillərin əhatəli araşdırılması üçün tədqiqatın keçirilməsini planlaşdırır.