Giorgi Qaxariyanı Parlamentdə mayın 18-də dinləyəcəklər
Giorgi Qaxariyanı Parlamentdə mayın 18-də dinləyəcəklər

Gürcüstan Daxili İşlər naziri, Giorgi Qaxariyanı Parlamentdə mayın 18-də dinləyəcəklər, – bu barədə “Gürcü Arzusu” parlament fraksiyasının sədri Mamuka Mdinaradze bəyan etdi.

Mdinaradzenin qeyd etdiyinə görə, Qaxariyanı fraksiya və ya komitə iclasında deyil, Parlamentin plenar iclasda dinləyəcəklər.

“Bu gün Dİ naziri ilə məsləhətləşmələrdən sonra qərara alındı ki, naziri Parlament cümə günü dinləyəcək. Deputatların olduğu bütün suallar veriləcək. Nazir dedi ki, bütün suallara cavabı var. Bu sual-cavab ictimaiyyət üçün maraqlı olacaq. Cümə günü, Tbilisi klublarında keçirilən xüsusi əməliyyat barəsində bütün sualları verəcəyik”, – Mdinaradze bəyan etdi.